Formula 1 üzrə dünya çempionatının 2022-ci il təqvimində dəyişiklik edilib. Belə ki, növbəti mövsümdə Çin Qran-prisi yer almayacaq. Şanxayda keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyası səbəbindən baş tutmayacaq. Bu yarışın əvəzinə aprelin 24-də İtaliyada Emiliya-Romanya Qran-prisi təşkil olunacaq. Qeyd edək ki, Formula 1-də Çin Qran-prisi 2020 və 2021-ci illərdə də eyni səbəbdən ləğv olunub.