"Barselona" Kumanla vidalaşdı

"Barselona" Kumanla vidalaşdı

"Barselona" baş məşqçisi Ronald Kumanla yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis ötən gecə La Liqada "Rayo Valekano"ya uduzduqları matçdan (0:1) sonra istefaya göndərilib. Qeyd edək ki, Kuman 2020-ci ildən bu komandanı çalışdırırdı. Əlavə edək ki, "Barselona" bu mövsüm La Liqada 10 matçda 15 xal toplayıb və turnir cədvəlində 9-cudur.