İtaliyalılar Rusiyaya getmək istəmir

İtaliyalılar Rusiyaya getmək istəmir

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin beşinci turunun “Spartak” (Moskva) - “Napoli” (İtaliya) oyunu baş tutmaya bilər. Matçın təxirə salınma ehtimalı yaranıb. Buna səbəb Moskvada koronavirusa yoluxma sayının artmasıdır. İtaliya təmsilçisi görüşün vaxtının dəyişdirilməsi üçün UEFA-ya müraciət edib. Başqa variant kimi isə görüşün başqa ölkədə keçirilməsi təklif olunub. Qeyd edək ki, “Spartak” - “Napoli” oyunu noyabrın 24-də keçiriləcək.