Şamaxı şəhər stadionunun açılışı olub
Olimpizm xəbərləri
01.11.2021, 22:23
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Bildirildi ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitnes-zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var. Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev stadionda qapılara qol vurdu. İcra hakimiyyətinin başçısı Tahir Məmmədov: Cənab Prezident, havanın gözəlliyindən istifadə edib bir məqamı qeyd etmək istəyirəm. Solda gördüyünüz Gülüstan qalası Heydər Əliyev Fondunun dəstəyi ilə Erik Pumer tərəfindən skan olunub. Onun üzdə olan hissələrinin 3D modeli yaradılıb. İndi orada çox ciddi tədqiqat işləri aparmaq və qalanı bərpa etmək olar. Çünki o, çox qədim tarixi bir qaladır. Müəyyən vizual tarixi materiallar qalıb, avstriyalı səyyahların çəkdiyi yerlər. Kifayət qədər hündür dağın üstünü örtən böyük qala olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol