400-cü qola sərt reaksiya

400-cü qola sərt reaksiya

İtaliyanın “Milan” klubunun futbolçuları Zlatan İbrahimoviç və Frank Kessi A Seriyasında XI turun “Roma” ilə səfər oyunu zamanı irqçiliyə məruz qalıb. Belə ki, yerli fanatlar Zlatanı “qaraçı” adlandırıblar. Tərəfdarlar Kessinin Nikolo Zanioloya qarşı kobudluq etməsindən sonra meymun səsi çıxarıblar.
Qeyd edək ki, qarşılaşma “Milan”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Rossonerilər”in qollarını Kessi və İbrahimoviç vurub. Lakin bu görüş 40 yaşlı hücumçu üçün yaddaqalan olub. Cərimə zərbəsindən fərqlənən Zlatan A Seriyasında 150-ci, karyerasında 400-cü qolu vurub.