Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər

Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.
A qrupunda "Mançester Siti" "Brügge", "Leyptsiq" isə PSJ ilə qarşılaşıb. "Şəhərlilər" 4:1 hesablı qələbə qazanıb. Digər görüşdə qalib müəyyənləşməyib - 2:2.
B qrupunda "Milan" "Portu" ilk xalını qazanıb. Qrupun digər matçında "Liverpul" "Atletiko" ilə üz-üzə gəlib. Yurgen Kloppun komandası qələbə sayəsində sona iki tur qalmış pley-offa vəsiqəni təmin edib.
C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" "Sportinq"in qonağı olub. Meydan sahibləri rəqibini 4 cavabsız qolla məğlub edib. Bununla da İstanbul klubu qrupdan çıxmaq şansını tamamilə itirib. "Borussiya" (Dortmund) isə "Ayaks"ı qəbul edib. Niderland təmsilçisi səfərdə qələbə qazanmaqla (3:1), növbəti mərhələyə adlayıb
D qrupunda "Real" Donetsk "Şaxtyor"una 2:1, "İnter" isə "Şerif"ə 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, dünən "Bavariya" və "Yuventus" da 1/8 finala vəsiqəni təmin edib.



A qrupu

"Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) - 4:1
Qollar: Fil Foden, 15, Riyad Mahrez, 54, Rahim Sterlinq, 72, Qabriel Jezus, 90+2 - Con Stounz, 17-avtoqol

"Leyptsiq" (Almaniya) - PSJ (Fransa) - 2:2
Qollar: Kristofer Nkunku, 8, Dominik Soboslai, 90+2-pen. - Corcinyo Veynaldum, 21; 39



B qrupu

"Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1
Qollar: Şansel Mbemba, 61 - avtoqol - Luis Dias, 39

"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 2:0
Qollar: Diequ Jota, 13, Sadio Mane, 21


C qrupu


"Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 4:0
Qollar: Pote, 31-pen.) 38, Paulinyo, 41, Pablo Sarabiya, 56

"Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland) - 1:3
Qollar: Marko Roys, 37-pen. - Duşan Tadiç, 72, Sebastyan Alle, 83, Davi Klassen, 90+3


D qrupu

"Real " (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1
Qollar: Kərim Benzema, 14; 61 - Fernando, 39

"Şerif" (Moldova) - "İnter" (İtaliya) - 1:3
Qollar: Adama Traore, 90+2 - Marselo Brozoviç, 54, Milan Şkrinyar, 66


 

Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər Çempionlar Liqası: Favoritlər «Şerif»i endirdilər