Xavi yenidən "Barselona"ya qayıtdı 

Xavi yenidən "Barselona"ya qayıtdı 

İspaniyalı mütəxəssis Xavi "Barselona" klubunun baş məşqçisi təyin olunub.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.
Qeyd edək ki, "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Kataloniyalıların yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.
2015 - 2019-cu illərdə Qətərin "Əl-Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə baş məşqçi təyin olunub. Onun "Əl Sədd"lə 2023-cü ilədək müqaviləsi var.
Daha əvvəl mətbuatda "Əl Sədd" rəhbərliyinin Xavi Ernandesi buraxmaq üçün "Barselona"dan 1 milyon avro təzminat tələb etdiyi yazılıb.