Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında Zəfər turunun son oyunu keçirilib. "Kapital Bank Arena"da təşkil olunan qarşılaşmada "Sumqayıt" klubu "Qarabağ"la üz-üzə gəlib. Görüş ağdamlıların 4:0 hesablı qələbəsi ilə bşa çatıb.
Oyunda hesab 39-cu dəqiqədə açılıb. Ramil Şeydayev qapıçı ilə təkbətəkdən yararlanıb. İlk hissənin sonlarına əlavə olunmuş üçüncü dəqiqədə Musa Qurbanlı fərqi iki topa çatdırıb.
Görüşün digər qolları isə ikinci hissədə vurulub. Əvvəlcə 51-ci dəqiqədə kapitan Maksim Medvedev penalty zərbəsindən sonra “Gənclik şəhəri” təmsilçisini məyus edib. Oyunda son nöqtəni isə Musa Qurbanlı 76-cı dəqiqədə qoyub. Baş məşqçi Qurban Qurbanovun oğlu özünün ikinci, komandasının dördüncü qolunu vurub.
Bu qələbə sayəsində "Qarabağ" 10 oyundan sonra xallarını 23-ə çatdıraraq, liderliyini möhkəmlədib. Ağdam komandası ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqi 5-ə çatdırıb. Aktivində 11 xalı olan "Sumqayıt" isə 5-ci pillədə yer alıb.
Xatırladaq ki, turun digər oyunlarında "Keşlə" dogma meydanda "Neftçi"dən (3:2), "Qəbələ" isə səfərdə "Səbail"dən güclü olub -2:0. "Sabah" və "Zirə" komandalarının oyununda isə qalib müəyyənləşməyib - 3:3.
"Qarabağ" liderliyini bir qədər də möhkəmləndirdi
