"Qəbələ"dən səfər qələbəsi

"Qəbələ"dən səfər qələbəsi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha bir oyunu keçirilib. "Zəfər turu"nda günün ilk qarşılaşması "Səbail" və "Qəbələ" komandaları baş tutub. Oyun əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hər iki qol ikinci hissənin sonlarında vurulub. Əvvəlcə 88-ci dəqiqədə Emil Səfərov, matçın 90+5-ci dəqiqəsində isə Məqsəd İsayev fərqlənməklə “Qəbələ”yə qələbə qazandırıb. 
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “Qəbələ” klubu ikinci pilləyə yüksəlib. Aktivində 9 xalı olan "dənizçilər" isə yeddinci pillədə yer alıb.