Şevçenko yenidən İtaliyaya qayıtdı

Şevçenko yenidən İtaliyaya qayıtdı

İtaliyanın “Milan” klubunun əfsanəsi Andrey Şevçenko yenidən A seriyasına qayıdıb.
Ukraynalı mütəxəssis bu dəfə baş məşqçi kimi İtaliyada fəaliyyət göstərəcək.
45 yaşlı mütəxəssis “Cenoa” klubunu çalışdıracaq. O, bu vəzifədə Davide Balyardinini əvəzləyəcək. Ukrayna millisinin keçmiş baş məşqçisi İtaliya klubu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, “Cenoa” klubu hazırda A seriyasında 12 oyundan 9 xal toplayaraq 17-ci pillədə qərarlaşıb.