44 illik rekord təkrarlandı

44 illik rekord təkrarlandı

Futbol üzrə Almaniya Bundesliqasının 11-ci turunda “Bavariya” klubu “Frayburq”a 2:1 hesabı ilə qalib gəlib. Münhen təmsilçisi bu nəticə ilə turnirin 44 illik rekordunu təkrarlayıb.
Belə ki, “Bavariya” 2021-ci ildə çempionat oyunlarında artıq 100 qol vurub. İlin sonuna qədər hələ xeyli oyun keçirəcəyini nəzərə alsaq, bu komandanın rekordunu yeniləyəcəyi şübhə doğurmur.
Xatırladaq ki, sonuncu dəfə 1977-ci ildə “Köln” komandası çempionat oyunlarında bir təqvim ilində 100 qol vurmağı bacarmışdı.
“Bavariya” bu mövsüm Bundesliqada keçirdiyi 11 oyunda 40 qol vurub.