Maks Ferstappen Meksika Qran-prisinin qalibi oldu

Maks Ferstappen Meksika Qran-prisinin qalibi oldu

Formula 1 üzrə Meksika Qran-prisinə yekun vurulub. Mexiko avtodromunda keçirilən yarışın qalibi adını "Red Bull"un pilotu Maks Ferstappen qazanıb. "Mercedes" komandasının pilotu Lüis Hemilton isə ikinci yeri tutub. Üçüncü yerə isə "Red Bull"un digər pilotu Serxio Peres sahib çıxıb. Bu qələbə ilə M.Ferstappen 312,5 xalla liderliyini möhkəmlədib. L.Hemilton isə 293,5 xalla ikinci pillədə qalıb. "Mercedes"in digər pilotu Valtteri Bottas isə 185 xalla üçüncü pilləni qapayır. 
Qeyd edək ki, növbəti Qran-pri noyabrın 12-14-də Braziliyada təşkil  olunacaq.