PSJ-nin yeni hədəfi

PSJ-nin yeni hədəfi

İspaniyanın Madrid "Real"ı komandasının hücumçusu Kərim Benzema karyerasını Fransada davam etdirə bilər. Bu barədə "Fichajes" məlumat yayıb. Mənbənin məlumatına görə, PSJ klubu 33 yaşlı fransalıya iddialıdır. Qeyd olunur ki, parislilər hücumçunu 2022-ci ilin yayında almaq istəyir. Futbolçunun “Real ”la müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq.
Benzema bu mövsüm “Real ”la heyətində 15 oyun keçirib, 14 qol vurub və 6 məhsuldar ötürmə edib.