Bu gün Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək

Bu gün Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2021-2022-ci illər mövsümünün püşü atılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq rtədbir AFFA-nın inzibati binasında keçiriləcək. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. "Turan Tovuz" komandası isə ölkə kubokunda mübarizə aparmaqdan imtina edib.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final mərhələsi isə 2022-ci il mayın 27-də təşkil olunacaq.