İlin ən yaxşılarının mükafatlandırma mərasiminin vaxtı müəyyənləşdi

İlin ən yaxşılarının mükafatlandırma mərasiminin vaxtı müəyyənləşdi

FIFA “The Best” mükafatının təltif olunma mərasiminin vaxtı açıqlanıb.Tədbir gələn il yanvarın 17-də təşkil olunacaq.

Qeyd edək ki, “The Best” ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır. Burada ilin ən yaxşı oyunçusu, baş məşqçisi, qapıçısı ilə yanaşı, Fair Play və ən yaxşı qol üçün Puşkaş mükafatının da sahibi müəyyənləşəcək.

Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.