Millimiz bu gün Lüksemburq yığması ilə qarşılaşacaq

Millimiz bu gün Lüksemburq yığması ilə qarşılaşacaq

Bu gün futbol üzrə milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Komandamız Bakı Olimpiya Stadionunda Lüksemburq millisi ilə üz-üzə gələcək. Oyunun strat fiti saat 21:00-da veriləcək.
Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Manuel Şüttenqruber olacaq. Ona Roland Brandner və Robert Ştaynaxer kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yulian Vaynberger yerinə yetirəcək.
Oyunun VAR hakimi Harald Lexner, onun köməkçisi Sebastyan Gişamer olacaq.
Qeyd edək ki, komandamızın yer aldığı A qrupunda Serbiya millisi 17 xalla birinci pillədə qərarlaşıb. Portuqaliya (16 xal) və Lüksemburq (6 xal) ilk üçlükdə yer alıblar. İrlandiya 5 xalla dördüncü, Azərbaycan isə 1 xalla qrupda sonuncudur.