Alveş yenidən “Barselona”ya qayıdır?

Alveş yenidən “Barselona”ya qayıdır?

Braziliyalı futbolçu Daniel Alveş yenidən İspaniyanın "Barselona" klubunun formasını geyinə bilər. 38 yaşlı sambaçı bu həftə mümkün keçidini Kataloniya təmsilçisinin rəhbərliyi ilə müzakirə edəcək. Rəhbərliyin fikrincə, komanda sağ cinah müdafiəsi mövqeyini gücləndirməlidir. Daniel Alveş yaxın günlərdə klubla müqavilə müddətini və maaşını müzakirə edəcək. Baş məşqçi Xavi Ernandes də onun transferinə dəstək olacaq.
Qeyd edək ki, Daniel Alveş son olaraq ölkəsində "San-Paulu"nun formasını geyinib. O, 2008 - 2016-cı illərdə "Barselona" klubunda çıxış edib.