Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə vəsiqə qazandı

Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə vəsiqə qazandı

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun oyunları keçirilir. İlk oyun günü 4 qrupda 10 qarşılaşma oynanılıb. Qarşılaşmaların yekununda Serbiya və İspaniya yığmaları qrup qalibləri kimi Qətərdə təşkil olunacaq dünya çempionatına birbaşa vəsiqə qazanıb.

Turun ilk oyun gününün üç qarşılaşması erkən başlayıb. Bu matçların hamısı H qrupunda təşkil olunub.

Qrupun əhəmiyyətli görüşü Splitdə Xorvatiya və Rusiya komandaları arasında olub. Rəqibinə minimal hesabla qalib gələn meydan sahibləri final mərhələsinə vəsiqəni təmin edib. Görüşdə yeganə qolu 81-ci dəqiqədə qonaqların müdafiəçisi Fyodor Kudryaşov öz qapısına vurub. Rusiya seçməsi isə mübarizəni pley-offda davam etdirəcək.

Qrupun digər matçlarında Slovakiya səfərdə Maltanı darmadağın edib (0:6), Sloveniya isə doğma meydanda Kipri üstələyib - 2:1.

A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn Serbiya millisi xalını 21-ə çatdıraraq birinci yeri ələ keçirib.

Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, "cırtdanlar"la eyni miqdarda - 9 xal toplayıb. İrlandlar topların fərqinə görə daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.

B qrupunda İspaniya Serbiyanı minimal hesabla üstələyib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb. Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu

Lüksemburq - İrlandiya - 0:3;

Portuqaliya - Serbiya - 1:2.

Qrupdakı vəziyyət: Serbiya - 20, Portuqaliya - 17, Lüksemburq - 9, İrlandiya - 9, Azərbaycan - 1.

B qrupu

Yunanıstan - Kosovo - 1:1;

İspaniya - İsveç - 1:0.

Qrupdakı vəziyyət: İspaniya - 19, İsveç - 15, Yunanıstan - 10, Gürcüstan - 7, Kosovo - 5.

H qrupu

Malta - Slovakiya - 0:6;

Sloveniya - Kipr - 2:1;

Xorvatiya - Rusiya - 1:0.

Qrupdakı vəziyyət: Xorvatiya - 23, Rusiya - 22, Slovakiya - 14, Sloveniya - 14, Malta - 5, Kipr - 5.

J qrupu

Lixtenşteyn - Rumıniya - 0:2;

Şimali Makedoniya - İslandiya - 3:1;

Ermənistan - Almaniya - 1:4.

Qrupdakı vəziyyət: Almaniya - 27, Şimali Makedoniya - 18, Rumıniya - 17, Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn - 1.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.

Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə vəsiqə qazandı Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə vəsiqə qazandı Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə vəsiqə qazandı