2022-ci ildə Qətərdə təşkil ediləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun növbəti oyunları keçirilib. Ötən gün C, F və I qruplarında görüşlər təşkil olunub. Qarşılaşmalardan sonra dünya çempionatına vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib. C qrupunda doğma meydanda Bolqarıstana 4:0 hesabı ilə qalib gələn İsveçrə millisi 1-ci yerin sahibi kimi mundiala yollanıb. Səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyən İtaliya yığması isə pley-offda mübarizə aparacaq.
I qrupunda San-Marinonu 10 cavabsız qolla məğlub edən İngiltərə seçməsi dünya çempionatına birbaşa yollanmaq hüququ qazanıb. Qrupu 2-ci sırada tamamlayan Polşa isə final mərhələsinə getmək üçün pley-off matçları oynamalıdır.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
C qrupu
Şimali İrlandiya – İtaliya - 0:0;
İsveçrə - Bolqarıstan - 4:0.
Qrupdakı vəziyyət: İsveçrə 18, İtaliya 16, Şimali İrlandiya - 9, Bolqarıstan - 8, Litva - 3.
F qrupu
İsrail - Farer Adaları - 3:2;
Şotlandiya – Danimarka - 2:0;
Avstriya – Moldova - 4:1.
Qrupdakı vəziyyət: Danimarka 27, Şotlandiya 23, İsrail - 16, Avstriya - 16, Farer Adaları - 4, Moldova - 1.
I qrupu
San-Marino - İngiltərə - 0:10;
Albaniya – Andorra - 1:0;
Polşa – Macarıstan - 1:2.
Qrupdakı vəziyyət: İngiltərə 26, Polşa 20, Albaniya - 18, Macarıstan - 17, Andorra - 6, San-Marino - 0.XM


