Qətər-2022: Bu gün pley-offa vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək

Qətər-2022: Bu gün pley-offa vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə noyabrın 16-da yekun vurulacaq. X turun sonuncu oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş təşkil olunacaq. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək.

Gecənin ən maraqlı oyunları G qrupunda olacaq. İyirmi xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveç komandası ilə üz-üzə gələcək. Qrupun digər oyununda Türkiyə yığması səfərdə Monteneqro ilə qarşılaşacaq. “Narıncılar”ın dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmaları üçün heç-heçə də kifayət edir. Hər ikisinin aktivində 18 xal olan Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları var. Bunun üçün hər iki kollektiv meydanı qələbə ilə tərk etməlidir. Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaq.

DÇ-2022, seçmə mərhələ
X tur
16 noyabr

D qrupu

Finlandiya – Fransa;

Bosniya və Herseqovina – Ukrayna.

Qrupdakı vəziyyət: Fransa - 15 (7 oyuna), Finlandiya - 11 (7), Ukrayna - 9 (7), Bosniya və Herseqovina - 7 (7), Qazaxıstan - 3 (8)

E qrupu

Uels – Belçika;

Çexiya – Estoniya.

Qrupdakı vəziyyət: Belçika - 19 (7 oyuna), Uels - 14 (7), Çexiya - 11 (7), Estoniya - 4 (7), Belarus - 3 (8).

G qrupu

Cəbəllütariq – Latviya;

Monteneqro - Türkiyə;

Niderland – Norveç.

Qrupdakı vəziyyət: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.