“Mançester Yunayted”də ciddi itki

“Mançester Yunayted”də ciddi itki

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba ciddi zədə alıb. Faransalı futbolçu millinin məşqi zamanı sağ budundan zədələndiyi üçün 2021-ci ili başa vurub. Müayinələrdən sonra onun ən azı 6 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib. 28 yaşlı yarımmüdafiəçi fərdi məşqçisi ilə Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.
Qeyd edək ki, 2016-cı ildən “manikunyanlar”ın formasını geyinən Pol Poqba cari mövsüm İngiltərə Premyer Liqasında 9 oyun keçirib, 7 məhsuldar ötürmə verib