Arturo Vidal 13 dəqiqə dözə bildi

Arturo Vidal 13 dəqiqə dözə bildi

Çili millisinin yarımmüdafiəçisi Arturo Vidal DÇ-2022-nin seçmə mərhələsində Ekvadorla oyunun (0:2) 13-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.
Qol.az xəbər verir ki, "İnter"in futbolçusu Vidal topu sıçrayışla almaq istəyərkən müdafiəçi Feliks Torresin başına butsla zərbə endirib. Bu səbəbdən hakim onu meydandan qovub.
Vidal cəza səbəbindən DÇ-2022-nin seçmə mərhələsində yanvarın 27-də keçiriləcək Argentina oyuni buraxacaq.