"Qızıl top" mükafatının qalibi bu gün müəyyənləşəcək 

"Qızıl top" mükafatının qalibi bu gün müəyyənləşəcək 

Bu gün "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibinin adına aydınlıq gələcək. Mükafatın təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək. "Qızıl top"a 30 futbolçu iddialıdır. Bunlardan 1-i qapıçı, 5-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 14-ü isə hücumçudur. Mükafata əsas namizədlər Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski, Fransanın PSJ komandasının hücumçusu Lionel Messi, İspaniyanın "Real Madrid" klubunun hücumçusu  Kərim Benzema və İngiltərənin "Mançester Yunayted" komandasının hücumçusu Kriştianu Ronaldudur.
Qapıçı: Canluici Donnarumma ("Milan", İtaliya / PSJ, Fransa),
Müdafiəçilər: Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi "Yuventus", İtaliya), Ruben Diaş ("Mançester Sit", İngiltərə), Sezar Aspilikueta ("Çelsi", İngiltərə), Simon Kyaer ("Milan", İtaliya)
Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter", İtaliya), Luka Modriç ("Real Madrid", İspaniya), Kevin de Bröyne, Fil Foden, Riyad Mahrez (hamısı "Mançester Sit", İngiltərə), Jorjinyo, N Qolo Kante, Meyson Maunt (hamısı "Çelsi", İngiltərə), Pedri ("Barselona", İspaniya), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə)
Hücumçular: Lautaro Martines ("İnter", İtaliya), Kərim Benzema ("Real Madrid", İspaniya), Rahim Sterlinq ("Mançester Sit", İngiltərə), Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə), Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya), Romelu Lukaku ("Çelsi", İngiltərə), Harri Keyn ("Tottenhem", İngiltərə), Robert Levandovski ("Bavariya", Almaniya), Jerar Moreno ("Vilyarreal", İspaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Luis Suares ("Atletiko", İspaniya).
Tədbirdə həmçinin ilin ən yaxşı qadın futbolçusuna "Qızıl top", ən yaxşı qapıçısına isə Lev Yaşin mükafatı təqdim olunacaq. Sonuncu mükafata italiyalı Canluici Donnarumma, kosta-rikalı Keylor Navas (hər ikisi PSJ, Fransa), almaniyalı Manuel Noyer (“Bavariya”, Almaniya), braziliyalı Ederson (“Mançester Siti”, İngiltərə), sloveniyalı Yan Oblak (“Atletiko”, İspaniya), sloveniyalı Samir Handanoviç (“İnter”, İtaliya), danimarkalı Kasper Şmeyxel ("Lester", İngiltərə), belçikalı Tibo Kurtua ("Real Madrid", İspaniya), seneqallı Eduard Mendi ("Çelsi", İngiltərə) və agentinalı Emiliano Martines ("Aston Villa", İngiltərə) iddia edirlər.
Qeyd edək ki, "Qızıl top" mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. "Qızıl top"u sonuncu dəfə 2019-cu ildə Lionel Messi qazanıb.