Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb

Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb. O, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək LASK (Avstriya) – HJK (Finlandiya) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma dekabrın 9-da Avstriyada təşkil olunacaq.