Mourinyonun «Roma» səhifəsi hələ də açıqdır

Mourinyonun «Roma» səhifəsi hələ də açıqdır

Uğursuzluqla üzləşən “Roma” hələ də Joze Mourinyo ilə yollarını ayırmaq istəmir.
Jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki,  klubun sahibləri və rəhbərliyi portuqaliyalı mütəxəssisi tam dəstəkləyirlər. Bildirilib ki, onun İtaliya klubundakı mövqeyi təhlükə altında deyil.
Qeyd edək ki, Mourinyonun "Roma" ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. Klub hazırda 25 xalla A Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.