Dekabrın 6-da Azərbaycan Pauerliftinq Federasiyasının təlim-məşq bazasının açılışı olub. Açılışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəl federasiyanın fəaliyyəti barədə təqdimat olub.
Nazir F.Qayıbov tədbirdə çıxış edərək şəhid idmançı Muxtar Qasımlının atası Əli Qasımlıya xatirə plaketi təqdim edib. Açılışın qonağı olan qazilərə isə xatirə hədiyyələri verilib.
Yeni bazada yaradılmış şəraitlə tanış olan nazir yığma komandanın üzvləri ilə görüşüb və məşq proseslərini izləyib.
Federasiya prezidenti Ələddin Əliyev nazirə qarşıdakı yarış və tədbirlər barədə məlumat verib.
Tədbirdə nazir müavini Mariana Vasileva, idman şöbəsinin müdiri Fərid Mansurov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, federasiya rəsmiləri və yığma komandanın üzvləri iştirak ediblər.
Azərbaycan Pauerliftinq Federasiyasının təlim-məşq bazasının açılışı olub