UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu ilk günü arxada qalıb. 8 görüşdən sonra qrupdakı vəziyyət aydınlıq gəlib. A qrupunda PSJ "Brügge"yə 4:1 hesabı ilə qalib gəlib. Digər matçda "Mançester Siti" "Leyptsiq"ə 1:2 hesabı ilə uduzub.
B qrupunda 1/8 finala vəsiqəni təmin edən "Liverpul" səfərdə Milan"a 2:1 hesabı ilə qalib gəlib. "Portu" isə evdə "Atletiko"ya uduzub - 1:3. Bu nəticələrdən sonra Madrid "Atletiko"su qrupda ikinci yeri tutaraq, mübarizəni davam etdirmək imkanı qazanıb. "Portu" Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. "Milan" isə autsayder kimi avrokubokları tərk edib.
C qrupunda "Beşiktaş" səfərdə Dortmund "Borussiya" 0:5 hesabı ilə uduzub. Digər matçda qrup qalibi olan "Ayaks" "Sportinq"ə 4:2 hesabı ilə qalib gəlib.
D qrupunda Madrid "Real"ı doğma meydanda "İnter"ə imkan verməyib - 2:0. Qrupun digər oyununda Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən "Şerif" səfərdə Donetsk "Şaxtyor"u ilə heç-heçə edib - 1:1.
A qrupu
21:45. PSJ (Fransa) - "Brügge" (Belçika) - 4:1
Qollar: Kilian Mbappe, 2, 7, Lionel Messi, 38, 76-pen - Mats Rits, 68
21:45. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:1
Qollar: Dominik Sobozlai, 24, Andre Silva, 71 - Riyad Mahrez, 71
Qırmızı vərəqə: Kayl Uoker, 83 ("Mançester Siti")
Qrupdakı vəziyyət:
1. "Mançester Siti" - 12 xal
2. PSJ - 11 xal
3. "Leyptsiq" - 7 xal
4. "Brügge" - 4 xal
B qrupu
00:00. "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə) - 1:2
Qollar: Fikayo Tomori, 29 - Məhəmməd Salah, 36. Divok Origi, 55
00:00. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:3
Qollar: Serjiu Oliveyra, 90+6-pen - Antuan Qrizmann, 56, Anxel Korrea, 90, Rodriqo De Paul, 90+2
Qırmızı vərəqə: Yannik Karrasko, 67 ("Atletiko"), Vendell Borjes, 70. Aqustin Marçesin, 75 (hər ikisi "Portu")
Qrupdakı vəziyyət:
1. "Liverpul" - 18 xal
2. "Atletiko" - 7 xal
3. "Portu" - 5 xal
4. "Milan" - 4 xal
C qrupu
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Beşiktaş" (Türkiyə) - 5:0
Qollar: Doniyell Malen, 29, Marko Roys, 45+2-pen, 53, Erlinq Haaland, 68, 81
Qırmızı vərəqə: Velinton, 43 ("Beşiktaş")
00:00. "Ayaks" (Niderland) - "Sportinq" (Portuqaliya) - 4:2
Qollar: Sebastyen Allye, 8-pen, Antoni, 42, David Neres, 58, Stiven Bergeys, 62 - Nunu Santuş, 22. Bruno Tabata, 78
Qrupdakı vəziyyət:
1. "Ayaks" - 18 xal
2. "Sportinq" - 9 xal
3. "Borussiya" - 9 xal
4. "Beşiktaş" - 0 xal.
D qrupu
00:00. "Real" (İspaniya) - "İnter" (İtaliya) - 2:0
Qollar: Toni Kroos, 17. Marko Asensio, 79
Qırmızı vərəqə: Nikola Barella, 64 ("İnter")
00:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Şerif" (Moldova) - 1:1
Qollar: Fernando, 42 - Boban Nikolov, 90+3
Qrupdakı vəziyyət:
1. "Real" - 15 xal
2. "İnter" - 10 xal
3. "Şerif" - 7 xal
4. "Şaxtyor" - 2 xal


