Konfrans Liqası: "Qarabağ"ın "Bazel" sınağı

Konfrans Liqası: "Qarabağ"ın "Bazel" sınağı

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin sonuncu - VI turunun oyunları keçiriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” klubu da bu gün meydana çıxacaq. Qurban Qurbanovun baş məşqçi olduğu Ağdam təmsilçisi H qrupundakı sonuncu sınağında İsveçrənin "Bazel" klubu ilə üz-üzə gəəcək. İsveçrədə "Sent Yakob-Park" stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı oyunda hesab açılmayıb.
Qrupdan çıxması dəqiqləşmiş hər iki kollektiv 1/8 finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Meydan sahiblərini isə heç-heçə də qane edəcək.
Qeyd edək ki, bu qrupun digər oyununda Kiprin "Omoniya"klubu Qazaxıstanın "Kayrat" komandasını qəbul edəcək.