UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində sonuncu turun oyunları keçirilib. Ölkəmizin turnirdə yeanə təmsilçisi “Qarabağ” səfərdə İsveçrənin “Bazel” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi “Sent Yakob Park” stadionunda keçirilən görüşdə rəqibinə 3:0 hesabı ilə məğlub olub. Xorvatiyalı FIFA referisi Fran Yoviçin idarə etdiyi oyunun 3-cü dəqiqəsində Ağdam təmsilçisi hesabı açsa da hakim qolu qeydə almayıb. Oyunda hesab matçın 33-cü dəqiqəsində açılıb. Meydan sahiblərinin futbolçusu Artur Kabral komandasını hesabda irəli çıxarıb. Matçın 62-ci dəqiqəsində "Bazel"in yarımmüdafiəçisi Paytim Kasami hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 74-cü dəqiqəsində Artur Kabral özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Bu oyunda vurulan son qol olub. Beləliklə, “Qarabağ” klubu avrokuboklarda çıxdığı 140-cı yubiley matçında rəqibinə 3:0 hesabı ilə məğlub olaraq qrupda 11 xalla ikinci yeri tutub. Ağdam təmsilçisi bu nəticə ilə mübarizəni pley-offda davam etdirəcək Xallarını 14-ə çatdıran “Bazel” isə qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, qrupun digər oyununda Qazaxıstan “Kayrat”ı Kiprdə “Omoniya” ilə qolsuz heç-heçəyə razılaşıb.
Bu qrupun digər oyununda Kiprin “Omoniya” komandası Qazaxıstanın “Kayrat” komandasını qəbul edib. Kiprdə keçirilən matçda qapılara qol vurulmayıb - 0:0.


