Mahir Emreli Polşa klubundan ayrılmaq istəyir

Mahir Emreli Polşa klubundan ayrılmaq istəyir

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubundan ayrılmaq istəyir. 24 yaşlı forvard klubun günahı ucbatından müqaviləni pozmaq şanslarının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə də əlaqə saxlayıb. Onu bu fikrə Plotsk “Visla”sı ilə matçdan sonra bazada azarkeşlər tərəfindən hücuma məruz qalmaları salıb.
Qarşıdurma nəticəsində döyülənlərdən biri olduğu söylənilən Mahir Emrelinin müayinə üçün xəstəxanaya getdiyi və həkimlərin ona iki günlük istirahət tövsiyə etdiyi vurğulanıb. Yığmamızın aparıcı üzvünün “Zaqlebye”yə qarşı sabah keçiriləcək Polşa Ekstraklasasının III turundan təxirə salınan görüşdə iştirakı sual altındadır.  
Qeyd edək ki, yayda “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emreli Varşava təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.