“Qarabağ” Fransa təmsilçisi ilə qarşılaşacaq

“Qarabağ” Fransa təmsilçisi ilə qarşılaşacaq

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.  İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi müəyyənləşib. Belə ki, komandamız Fransanın “Marsel” klubu ilə üz-üzə gələcək. “Qarabağ” ilk oyununu səfərdə, “Narıncı Velodrom” stadionunda keçirəcək.
Qeyd edək ki, qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Konfrans Liqasında pley-offda 16 klub qüvvəsini sınayacaq.
Lakin bu komandalardan biri hələ dəqiqləşməyib. Söhbət Tottenhem” - “Renn” görüşündən gedir.
Reqlamentə əsasən pley-offda qrup ikinciləri Avropa Liqasının üçüncü yer sahibləri ilə görüşəcək. İlk matç avroliqanı üçün yerdə başa vuran komandaların stadionlarında təşkil ediləcək.
Məlumat üçün bildirək ki, pley-off mərhələsində ilk matçlar gələn il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həfət sonra oynanılacaq. Mərhələni keçən tərəf  Konfrans Liqasının 1/8 finalına yüksələcək.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
 

Konfrans Liqası

Pley-off
 
“Marsel” (Fransa) - “Qarabağ” (Azərbaycan)
PSV (Niderland) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Fənərbağça” (Türkiyə) - “Slaviya” (Çexiya)
“Midülland” (Danimarka) - PAOK (Yunanıstan)
“Lester” (İngiltərə) - “Randers” (Danimarka)
“Seltik” (Şotlandiya) - “Bodo Qlimt” (Norveç)
“Sparta” (Çexiya) - “Partizan” (Serbiya)
“Rapid” (Avstriya) - “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)