Afrika Millətlər Kuboku ləğv ediləcək?

Afrika Millətlər Kuboku ləğv ediləcək?

Kamerunda keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku koronavirusa görə ləğv oluna bilər. Afrika Futbol Konfederasiyası (CAF) bu məsələ ilə bağlı təcili iclas keçirib və yarışın ləğv olunması məsələsi müzakirə olunub.  Təşkilatçılar koronavirusla bağlı vəziyyətdən və "Omikron" ştamının yaranmasından narahatdırlar. Qurumun fikrincə, Avropadan oyunçuların və azarkeşlərin gəlişi epidemioloji vəziyyəti daha da pisləşdirəcək. Fransa və İngiltərə klubları karantin dövründə futbolçularını riskə atıb onları itirmək istəmədikləri üçün turnirin ləğvi təşəbbüsünü dəstəkləyiblər.
Yarış ləğv olunsa, 2022-ci il dünya çempionatı ilə üst-üstə düşməməsi üçün 2023-cü ildə gerçəkləşəcək.
Qeyd edək ki, Afrika Millətlər Kuboku 2022-ci il 9 yanvar - 6 fevralda keçirilməlidir.