Bu gün yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşəcək

Bu gün yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşəcək

Bu gün İsveçrənin Montrö şəhərində UEFA Millətlər Liqasında 2022/23 mövsümünün püşkatma mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək. C Liqasında yer alan millimiz püşkatmaya 3-cü səbətdən qatılacaq.
Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.

Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

A Liqası
1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika
2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya
3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya
4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan

B Liqası
1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya
2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya
3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya
4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan

C Liqası
1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya
2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya
3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo
4-cü səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Cəbəllütariq, Farer adaları

D Liqası
1-ci səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Lixtenşteyn, Malta
2-ci səbət: Latviya, San-Marino, Andorra

Millətlər Liqasının təqvimi
I tur: 2 - 4 iyun
II tur: 5 - 8 iyun
III tur: 9 - 11 iyun
IV tur: 12 - 14 iyun
V tur: 22 - 24 sentyabr
VI tur: 25 - 27 sentyabr
Final mərhələsi: 14 - 18 iyun 2023-cü il.