Pilotu qəsrdə cəngavər elan etdilər

Pilotu qəsrdə cəngavər elan etdilər

Formula 1-də çıxış edən “Mercedes” komandasının pilotu Lüis Hemilton mükafatlandırılıb. 36 yaşlı sürücü Vindzor qəsrindəki mərasimdə cəngavər rütbəsi alıb.
Yeddiqat dünya çempionu noyabrda “Britaniya imperiyasının cəngavəri” adına layiq görülmüşdü.
Qeyd edək ki, Lüis Hemilton bu il çempionluq titulunu qoruya bilməyib. O, Abu-Dabi Qran-prisində “Red Bull” komandasının pilotu Maks Ferstappenə uduzub.