Zlatanı qabaqlayıb, "Qızıl top" aldı

Zlatanı qabaqlayıb, "Qızıl top" aldı
İsveçdə 2021-ci ilin ən yaxşı futbolçusu bəlli olub.
Almaniya "Leyptsiq"inin yarımmüdafiəçisi Emil Forsberq bu ada layiq görülüb. 30 yaşlı oyunçu karyerasında ilk dəfə ölkəsində "Qızıl top" mükafatına sahib çıxıb.
Bununla da İtaliya "Milan"ının hücumçusu Zlatan İbrahimoviçin hegemonluğuna son qoyulub. 40 yaşlı forvard ümumilikdə 12 dəfə İsveçin ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, İsveç Futbol Federasiyası və "Afronbladet" nəşrinin birgə təsis etdiyi "Qızıl top" mükafatı 1946-cı ildən verilir.