2015 xalla 7-ci yer

2015 xalla 7-ci yer

UEFA futzal üzrə milli komandaların 2021-ci il üçün son reytinq cədvəlini açıqlayıb. Hesabında 2015 xal olan Azərbaycan millisi yeddinci pillədə qərarlaşıb. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ötən illə müqayisədə bir pillə geriləyib.
Siyahıya 2493 xalla İspaniya millisi başçılıq edir. Rusiya 2464 xalla ikinci, Portuqaliya isə 2450 xalla üçüncü sırada yer alıb.