Rəsmi olaraq 2021-ci il “Honda” üçün Formula 1-də sonuncu il olub. Yaponiya şirkəti çempionatı rəsmi olaraq tərk edib. Onun mühərriklərindən 2025-ci ilədək “Red Bull” öz brendi altında istifadə edəcək. Bu qərarın növbəti dörd ildə Formula 1-də mühərriklərin inkişafının dondurulduğu üçün verildiyi qeyd edilib. Belə olan təqdirdə dizayn departamentini cəlb etmək və vəsait yatırmaq lazım olmayacağı və bütün əmək xərclərinin “Red Bull” tərəfindən ödəniləcəyi vurğulanıb.
“Honda”nın Formula 1 üzrə nümayəndəsi Masasi Yamamoto layihədə qalacaq.