“Ağ-qaralar”dan növbəti transfer

“Ağ-qaralar”dan növbəti transfer

Bakının “Neftçi” klubu qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb. Paytaxt klubu azad agent olan 29 yaşlı yarımmüdafiəçi Eddi İsrafilovu heyətinə qatıb. “Ağ-qaralar” futbolçu ilə 2023-24-cü illər  mövsümünün sonunadək rəsmi müqavilə imzaladığını açıqlayıb. Futbolçu yeni komandasında 14 nömrəli forma altında çıxış edəcək.  
Xatırladaq ki, Eddi İsrafilov daha əvvəl İspaniyanın “Real Mursiya”, “Qranada”, “Eybar”, “Kordoba”, “Kadis”, “Ximnastik”, “Alkorkon” və Albasete” klublarında forma geyinib.