Superkubok “Beşiktaş”ın oldu

Superkubok “Beşiktaş”ın oldu

Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Qətərdə təşkil olunan oyunda “Beşiktaş” və “Antalyaspor” komandaları üz-üzə gəliblər. Oyunda hesabı 33-cü dəqiqədə “qara qartallar” açıblar. Atiba Hutçinson fərqlənib. Lakin 38 yaşlı kanadalı futbolçu ikinci hissənin 77-ci dəqiqəsində avtoqol müəllifi olaraq antiqəhrəmana çevrilib. Beləliklə, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada penaltiləri daha dəqiq yerinə yetirən (4:2) “Beşiktaş” klubu Superkubokun qalibi adını qazanıb. 
Beləliklə, İstanbul təmsilçisi tarixində 9-cu dəfə Türkiyə Superkubokunda çempion tituluna sahib çıxdı.