“Qara qartallar” “Fənərbağça”nı kubok sayında üstələdi  

“Qara qartallar” “Fənərbağça”nı kubok sayında üstələdi  

Xəbər verdiyimiz kimi, Türkiyə Superkubokunun qalibi adını İstanbulu təmsil edən “Beşiktaş” klubu qazanıb. Qətərdə təşkil olunan oyunda "Antalyaspor"a  penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələn ağ-qaralar tarixində doqquzuncu dəfə bu titula sahib çıxıblar. Superkubok tarixinin çempionları arasında isə bu titulu ən çox “Qalatasaray” klubu qazanıb. Cimbom 16 dəfə Superkubokun qalibi adına layiq görülüb. “Beşiktaş”la yanaşı, “Fənərbağça” və “Trabzonspor” isə titula 9 dəfə sahib çıxıb. 
“Göztepe”, “Ankaragücü”, “Akhisarspor”, “Eskişehirspor” və “Konyaspor” klubları isə hərəyə bir dəfə superkubokun qalibi olub. 
“Qara qartallar” bu qalibiyyətlə həmçinin ölkədaxili kubok sayında “Fənərbağça” klubunu geridə qoymağı bacarıb. Hazırda fərqli turnirlərdə “Beşiktaş”ın aktivində 35, “Fənərbağça”nın isə 34 kuboku var. 
Qeyd edək ki, “Beşiktaş” klubu ötən mövsüm Türkiyə Superliqasının və Türkiyə Kubokunun qalibi adını qazanmışdı.