Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş”ı ölkə Superkubokunun qalibi olması münasibətilə təbrik edib. Dövlət başçısı bu barədə öz tviter hesabında paylaşım edib.
“TFF Turkcell Super Kubokunun 2021-in qalibi “Beşiktaş”ı və bütün “Beşiktaş” azarkeşlərini səmimi arzularımla təbrik edirəm”, - Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədəki hesabında yazıb.
Qeyd edək ki, “Beşiktaş” Qətərdə təşkil olunan oyunda “Antalyaspor”a penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək tarixində doqquzuncu dəfə Türkiyə Superkubokunun qalibi olub.
Türkiyə Prezidentindən “Beşiktaş”a təbrik
