“Barselona” və “Real” 1/8 finalda

“Barselona” və “Real” 1/8 finalda

İspaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Günün maraqlı oyunlarından biri  "Linares" və “Barselona” komandaları arasında olub. Oyunda hesabı erkən qolla meydan sahibləri açsalar da, bu üstünlüklərini qoruya bilməyiblər. Qonaqlar Osman Dembele və Ferran Jutqlanın qolları ilə qələbə qazanıblar. Katalonlar bu qələbə sayəsində 1/8 finala vəsiqə əldə ediblər. 
Gecənin digər maraqlı oyunu isə “Alkoyano” və “Real Madrid” komandaları arasında olub. Görüş “Kral klubu”nun qələbəsi ilə başa çatıb -1:3.   
Madrid Təmsilçisi də bu qələbə ilə adını 1/8 finala yazdırıb. 
“Barselona” və “Real” komandaları ilə yanaşı, “Espanyol”, “Valensiya”, “Malyorka”, “Real Sosedad”, “Atletiko Baleres”, “Rayo Valekano” və “Real Betis” komandaları da növbəti mərhələyə vəsiqəni təmin ediblər.