Türkiyə Superkubokunun finalı Bakıda keçiriləcək?

Türkiyə Superkubokunun finalı Bakıda keçiriləcək?

Türkiyə Superkubokunun 2011-ci ildə keçirilməli olan və təxirə salınan “Beşiktaş” - “Fənərbaxça” komandaları arasında final matçı Bakıda təşkil oluna bilər. Bu barədə Türkiyənin tanınmış jurnalisti Ertem Şener paylaşım edib.
O bildirib ki, bu matç Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Qeyd edək ki, 2011-ci ildəki qarşılaşma "Fənərbağça" rəsmilərinin adlarının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınıb.