Futbol öz gözəliyi ilə bu yeni ildə də zövqümüzü oxşayacaq

Futbol öz gözəliyi ilə bu yeni ildə də zövqümüzü oxşayacaq

 

«Pələng ili»ndə təqvim daha rəngarəng olacaq

Yeni ilin ilk günlərinə qədəm qoymuşuq. Bizi qarşıda böyük və maraqlı idman yarışları gözləyir. İdman yarışlarından söz düşmüşkən qeyd etməliyik ki, ilin ən böyük idman hadisəsi təbii ki, Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatıdır. Tarixdə ilk dəfə qış ayına təsadüf edəcək bu mötəbər futbol bayramını milyonlarla azarkeş səbirsizliklə gözləyir. Məhz bu səbəbdən futbol üzrə digər turnirlərinin qrafikində bir sıra dəyişikliklər olacaq. Bir sözlə, azarkeşlər futbolsuz darıxmayacaqlar. İyul ayını nəzərə almasaq, demək olar ki, ilin 11 ayı ərzində futbol üzrə beynəlxalq turnirlər bir-birini əvəz edəcək. Lakin bu o demək deyil ki, yayın ikinci ayında futbolsevərlər stadionları boş, ekranları futbolsuz görəcəklər. Qitənin ayrı-ayrı ölkələrində futbol həyəcanı davam edəcək.

İlin ilk mötəbər futbol yarışı Afrikada təşkil olunacaq.

«Qara qitə»nin Millətlər kubokunda 16 komanda mübarizə aparır. Avropanın aparıcı futbol çempionatlarında böyük rəğbət qazanan futbolçular təmsil etdikləri ölkənin yığma komandasında forma geyinirlər. Onlardan «Liverpul»lu Məhəmməd Salah Misir, Sadio Mane Seneqal, Nəbi Keyta Qvineya, «Bavariya»lı Erik Şubo-Motinq Kamerun, «Atletiko»lu Tomas Partey Qvineya, PSJ-li Əşrəf Hakimi Mərakeş, «Lester»li Keleçi İhenaço Nigeriya, «Mançester Siti»li Riad Mahrez Əlcəzair, «Qarabağ»lı Patrik Andrade Kabo-Verde yığmalarının heyətində mübarizə aparacaqlar.

Ayın ən maraqla gözlənilən digər bir yarışı İspaniya kuboku olacaq. La Liqanın 4 ən güclü klubu fəxri mükafat üçün yarışacaq. Bu ay azarkeşlər və futbolçular «El Klassiko» həyəcanı yaşayacaqlar. Son vaxtlar əvvəlki kimi uğurlu çıxış etməyən «Barselona» Madrid «Real»ı ilə üz-üzə gələcək. Cütün qalibi «Atletiko»-«Atletik» matçının ən güclüsü ilə final qarşılaşmasına çıxacaq.

Növbəti ay avrokuboklarda növbəti mərhələyə vəsiqə uğrunda mübarizəyə start veriləcək. Azərbaycanlı azarkeşlərin böyük həyəcanla gözlədiyi «Olimpik»- «Qarabağ» matçı bu aya təsadüf edəcək. Tarixində ilk dəfə qrup mərhələsini keçən klub təmsilçimiz ilk görüşünü Marseldə keçirəcək. Avrokuboklarda həyəcan may ayına qədər bizimlə olacaq. İl ərzində maraqla gözlənilən daha bir görüş isə Amerika çempionu ilə Avropa çempionatının qalibi arasında təşkil olunacaq. Okeanın o tayında ən güclü yığma adını qazanan Argentina «Köhnə qitə»nin qalibi İtaliya millisi ilə Avro-Amerika kubokunun ilk qalibi olmaq üçün meydana çıxacaq. Görüş Londonun Uembli stadionunda keçiriləcək.

Bir sözlə, futbol öz gözəliyi ilə bu yeni ildə də zövqümüz oxşayacaq. Əsas odur ki, dünyamız pandemiya bəlasından uzaq olsun.

 

 

 

 

 

İlin mühüm futbol yarışları - Təqvim:

 

 

Yanvar

- Afrika Kuboku (Kamerun) (9 yanvar-6 fevral)

- İspaniya Super Kuboku (12-16 yanvar)

(«Atletiko» - «Atletik»,12 yanvar), («Real»- «Barselona», 13 yanvar), (Final, 16 yanvar)

- FİFA-nın versiyasına görə ilin ən yaxşı futbolçularının və məşqçilərinin mükafatlandırılma mərasimi (İsveçrə, Sürix) - 17 yanvar

 

 

 

Fevral

- Klublararası dünya çempionatı (BƏƏ) - 3-12 fevral

- Afrika Kuboku (Kamerun) (9 yanvar-6 fevral)

- UEFA Çempionlar Liqasının təsnifat mərhələsi (17-24 fevral)

 

 

Mart

- UEFA Avropa Liqasının 1/8 mərhələsi (10-17 mart)

- Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsi (24-29 mart)

 

Aprel

- Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatma mərasimi (1 aprel)

- UEFA Avropa Liqasının 1/4 final mərhələsi (7-14 aprel), İlk yarımfinal (28 aprel)

 

May

- UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşləri (5 may), Final (18 may, Sevilya)

- UEFA Konfrans Liqasının finalı, (25 may, Tirana)

- UEFA Çempionlar Liqasının finalı, (28 may, Sankt-Peterburq)

 

İyun

- Avro-Amerika kuboku - Final, İtaliya - Argentina (1 iyun, London)

- UEFA Millətlər Liqası -2022-2023, qrup turniri (2-14 iyun)

 

İyul

- Təqvimə əsasən hələ ki, heç bir beynəlxalq turnir müəyyənləşməyib.

 

Avqust

- UEFA Çempionlar, Avropa və Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi (1 avqust)

- UEFA Çempionlar, Avropa və Konfrans Liqasının üçüncü təsnifat raundu, (2,3,4,9 və 11 avqust)

- UEFA Superkuboku - Final (10 avqust, Helsinki)

- UEFA Çempionlar, Avropa və Konfrans Liqasının pley-off mərhələsi (16-18, 23-25 avqust)

- UEFA Çempionlar (25 avqust), Avropa və Konfrans Liqasının qrup mərhələsinin püşkatma mərasimi (26 avqust)

 

Sentyabr

- UEFA Millətlər Liqası - 2022-2023, qrup turniri (22-24, 25-27 sentyabr)

- UEFA Çempionlar Liqasının qrup mərhələsi (6,7 -13,14 sentyabr)

- UEFA Avropa və Konfrans Liqasının qrup mərhələsi (8-15 sentyabr)

 

 

Oktyabr

- Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi (9 oktyabr, Almaniya, Frankfurt)

- UEFA Çempionlar Liqasının qrup mərhələsi (4,5,11,12, 25 və 26 oktyabr)

- UEFA Avropa və Konfrans Liqasının qrup mərhələsi (6,13-27 oktyabr)

 

 

Noyabr

- UEFA Çempionlar Liqasının qrup mərhələsi (1-2 noyabr)

- UEFA Avropa və Konfrans Liqasının qrup mərhələsi (3 noyabr)

- Qətər-2022 futbol üzrə dünya çempionatı (21 noyabr-18 dekabr)

 

 

Dekabr

- Qətər-2022 futbol üzrə dünya çempionatı (21 noyabr-18 dekabr) - FİNAL