“Barselona”da zədəli futbolçuların sayı artır

“Barselona”da zədəli futbolçuların sayı artır

İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib. Katalon klubunun futbolçuları Ronald Arauxo və Frenki de Yonq ötən gün İspaniya kubokunun 1/16 final mərhələsi çərçivəsində “Linares”ə qarşı keçirdiyi oyunda zədələniblər. Ronald Arauxonun oyun zamanı qolu çıxıb. Futbolçunun vəziyyəti barədə yekun məlumat olmasa da, onun 1 aya yaxın sıradan çıxdığı bildirilir. Eyni zamanda həmin oyunda zədələnən Frenki de Yongun zədəsi ciddi deyil, lakin ehtiyat məqsədi ilə futbolçu “Qranada” ilə oyunu buraxacaq.