Futbol üzrə ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin sayını üçə endirilib. Bunlar İtaliya millisinin baş məşqçisi Roberto Mançini, "Mançester Siti"dən Xosep Qvardiola və "Çelsi"nin çalışdırıcısı Tomas Tuxeldir .
"The Best" mükafatı yanvarın 17-də İsveçrənin Sürix şəhərində təqdim ediləcək.
Qeyd edək ki, Mançini İtaliya millisi ilə Avro-2020-nin, Tuxel "Çelsi" ilə Çempionlar Liqasının, Qvardiola isə "Mançester Siti" ilə İngiltərə Premyer Liqasının qalibi olub.


