«Baş məqçiyə qarşı hörmətsizlik etmək olmaz»

«Baş məqçiyə qarşı hörmətsizlik etmək olmaz»

PSJ-nin keçmiş yarımmüdafiəçisi Jerom Roten Leonel Messinin koronavirsa yoluxması ilə bağlı fikir bildirib. Yanvarın 2-də doğma şəhəri Rosarioda gecə tədbirlərindən iştirakdan sonra koronovirusa yoluxan Messi haqqında Roten bunları deyib: «Hər bir futbolçu çıxış etdiyi klubun baş məşqçisinə qarşı hörmət göstərməlidir. Nə qədər ulduz futbolçu olsan da, yenə baş məqçiyə qarşı hörmətsizlik etmək olmaz. Messi Poççetinoya qarşı hörmətsizlik edərək, xəbərsiz Rosarioya yollanıb. İndi isə yoluxma ilə ilə geri qayıdıb. Mən Killian Mbappeni alqışlayıram. Messidən fərqli olaraq o, hər bir addımı ilə bağlı Poçettinoya məlumat verir. Buna görə də hamı onu sevir. Buna görə də onun adı yoluxma ilə hallanan futbolçular sırasında deyil».