Koutinyo yenidən İngiltərəyə qayıdır

Koutinyo yenidən İngiltərəyə qayıdır

İspaniyanın "Barselona" klubu brazilyalı futbolçu Filippe Koutinyonu icarəyə verib.
Sambaçı karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Belə ki, İngiltərənin "Aston Villa" klubu futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb. 
“Aston Villa” klubu mövsümün sonunda braziliyalı oyunçunu satın almaq hüququna malikdir.
Məlumat üçün bildirək ki, Filippe Koutinyo 2018-ci ildən "Barselona" klubunun formasını geyinir.