“Sumqayıt” heyətinə yeni futbolçu cəlb etdi

“Sumqayıt” heyətinə yeni futbolçu cəlb etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” klubu Qış transfer pəncərəsində heyətini gücləndirib. “Gənclik şəhəri” təmsilçisi yaranmış fasilədən istifadə edərək heyətinə yeni oyunçu cəlb edib. Bu Gürcüstanın “Telavi” klubunda çıxış etmiş Vüqar Bəybalayevdir. “Sumqayıt” klubu 28 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalayıb. Futbolçu yeni klubunda 15 nömrəli forma altında çıxış edəcək.