Ən yaxşı futbolçu adına 3 namizədin adı açıqlandı

Ən yaxşı futbolçu adına 3 namizədin adı açıqlandı

FİFA 2021-ci ilin ən yaxşı kişi və qadın futbolçuları adına namizədlərin sayını azaldıb. Kişilər arasında bu ada Lionel Messi (Argentina, “Barselona”/PSJ), Robert Levandovski (Polşa, “Bayern”) və Məhəmməd Salah (Misir, “Liverpul”) iddialıdır. İngiltərənin “Mançester Yunayted” komandasının portuqaliyalı hücumçusu Kristianu Ronaldo bu dəfə yekun siyahıda yer almayıb. 
Ötən ilin ən yaxşısı olmağa namizəd qadın futbolçular isə Cennifer Ermoso (İspaniya, “Barselona”), Samanta Kerr (Avstraliya, "Çelsi”), Aleksiya Putelyasdır (İspaniya, “Barselona”).
Mükafatlandırma mərasimi yanvarın 17-də təşkil olunacaq.